Modern.az

Hüsnü Mübarəkin məhkəməsi təxirə salınıb

Hüsnü Mübarəkin məhkəməsi təxirə salınıb

3 Avqust 2011, 18:16

Misir prezidenti Hüsnü Mübarəkin məhkəməsi avqustun 15-dək təxirə salınıb. Modern.az İTAR-TASS-a istinadən bildirir ki, məhkəmə bu barədə qərarı müdafiə tərəfinin vəkillərinin tələbindən sonra qəbul edib. Eks-prezidentin vəkili Fərid əd-Dib ittiham sənədləri ilə tanış olmaq üçün əlavə vaxt istəyib.

Məhkəməyə xərəkdə gətirilən Mübarəki oğulları isti qarşılayıblar. Onlar dərhal xərəkdə uzanmış atalarını yanında yerə çökərək onun üzündən öpüblər. Kiçik oğul Qamal iclas boyu daim atası tərəfə əyilərək onunla söhbət edib. Mübarəkin oğulları nümayişkaranə şəkildə xərəyin qabağında duraraq Mübarəkin fotolarını çəkilməsinə əngəl yaradıbar. Qamal və Alanın əlində Quran kitabı olub.

İclas zamanı Mübarək yalnız bir neçə söz deyib. Hakim onun adını çəkərkən “Mən burdayam” deyə uca səslə cavab verib. Oğlu Qamal sualları pis eşidən Mübarəkin qulağına təzədən təkrar edib.

Misirin keçmiş prezidenti Hüsnü Mübarək və onun oğulları Ala və Qamal onlara qarşı qaldırılan bütün ittihamları rədd ediblər. Hüsnü Mübarək məhkəmə hakiminin oxuduğu ittahmalara xərəkdə uzanmış vəziyyətdə münasibət bildirib. “Mən bütün bu itthamları rədd edirəm”-deyə eks-prezident bildirib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək