Modern.az

"Lavrovun verdiyi informasiya nikbinlik yaradır"

"Lavrovun verdiyi informasiya nikbinlik yaradır"

Aktual

12 İyul 2016, 10:58

Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi danışıqlar zamanı həm ikitərəfli əməkdaşlığın səviyyəsi müzakirə edilib, həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün rusiyalı həmkarı S.Lavrovla keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, S.Lavrovun verdiy informasiya nikbinlik yaradır.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində mərhələli irəliləmək lazımdır.

E.Məmmədyarov əlavə edib ki, münaqişənin hərbi yolla həlli bütün region üçün böyük təhlükə törədir.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü