Modern.az

Tütündən istifadə qaydalarını pozan obyektlər cərimələndi

Tütündən istifadə qaydalarını pozan obyektlər cərimələndi

30 Aprel 2024, 19:35

Cəlilabadda tütündən istifadə qaydalarını pozan 12 nəfər cərimələnib.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aprelin 30-da inzibati ərazidə hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib.

 

Tədbirlər nəticəsində tütün məmulatlarından istifadə qaydalarını pozan 12, qanunsuz küçə ticarəti ilə məşğul olan 10, məişət tullantılarını urnalardan kənara atan 15, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin tələblərini pozan 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi