Modern.az

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Aktual

30 Aprel 2024, 18:02

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir.

 

Modern.az xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuror seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən uzadılmasını xahiş edib.

 

Binəqədi Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. Qərara əsasən, T.İbrahimov və T.Rzayevin həbsdə saxlanma müddəti daha 2 ay uzadılıb.

 

Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. O, uzun müddət ATV telekanalının prezidenti olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi