Modern.az

Rektordan islahat ANONSU

Rektordan islahat ANONSU

Aktual

14 İyul 2016, 11:47

 

Bakı Slavyan Universitetində (BSU) kadr islahatları aparılacaq.

 

Modern.az-ın xəbərinə görə, BSU-nun rektoru Nurlana Əliyeva bildirib ki, istənilən qurumun rəhbəri təyinatdan dərhal sonra oranın struktur bölmələri, maddi-texniki bazası, tədris sistemi ilə yaxından tanış olur və dəyişikliklərə ehtiyac yaranır:

 

“Biz dünyaya inteqrasiya olunuruq. Ona görə də yenilikləri daim izləməli, islahatları tətbiq etməli və bəhrənlənməliyik".

Rektor universitetdə müəllimlərin və tələbələrin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı suala aydınlıq gətirib:

 

"Universitetdə müəllim və şagirdlərin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı söhbət yoxdur. Əslində müəllimin zahiri görkəminə diqqət yetirməsi lazımdır. Tələbənin geyimi öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır. İnsanın zövqü o qədər yüksək olmalıdır ki, hara getdiyini, harada iştirak etdiyini, nə işlə məşğul olduğunu düşünərək onu dərk edərək özünü tənzimləsin”.

 

 Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı