Modern.az

"Qarabağ" Çexiyaya yollanıb

"Qarabağ" Çexiyaya yollanıb

Aktual

25 İyul 2016, 20:17

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında səfərdə Çexiyanın "Viktoriya Plzen" klubunun qonağı olacaq "Qarabağ" komandası bu gün səfərə yola düşüb. Modern.az “Qarabağ” klubunun saytına istinadən xəbər verir ki, komanda bu gün saat 15:30-da Bakı - Plzen reysi ilə ölkəni tərk edib. Axşam saatlarında komandanın oyunun keçiriləcəyi şəhərə çatdığı gözlənilir.

Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya Plzen"-"Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı