Modern.az

Ali Məhkəmə ANS-in şikayətini təmin etməyib

Ali Məhkəmə ANS-in şikayətini təmin etməyib

Aktual

21 Sentyabr 2016, 15:13

Sentyabrın 21-də Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses keçirlib. 

Modern.az xəbər verir ki, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə ANS-in vəkillləri Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv olunmasını xahiş ediblər.

"ANS Müstəqil Yayım və Media” Şirkətinin prezidenti Vahid Mustafayev və vitse-prezidenti Mirşahin Ağayev də çıxışlarında vəkillərlə şərik olublar.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) nümayəndəsi Toğrul Məmmədov isə ANS-in kassasiya şikayətinin təmin olunmamasını istəyib.

Məhkəmə heyəti müşavirədən sonra qərarı elan edib. Məhkəmənin qərarına əsasən, ANS-in şikayəti təmin edilməyib.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı