Modern.az

“Qarabağ” yenə “Neftçi”yə qalib gəlib: 2:0

“Qarabağ” yenə “Neftçi”yə qalib gəlib: 2:0

Aktual

30 Mart 2017, 22:25

Futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinal oyunu keçirilib. Modern.az xəbər verir ki, oyunda “Qarabağ” komandası  “Neftçi” ilə qarşılaşıb. “Neftçi”nin 80 illik yubileyi ilə bağlı təşkil edilən tədbirlərə təsadüf edən matçda Azərbaycan Kubokunun son qalibi olan “Qarabağ” yenə də üstün olub. Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın qollarını Muarem Muarem və Dino Ndlovu vurub.

Qeyd edək ki, Azərbaycan Kubokunun ilk yarımfinal matçında “Qəbələ” səfərdə “İnter”i 3:1 hesabı ilə üstələyib. Bu kollektivlər arasında cavab görüşləri aprelin 5-də keçiriləcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı