Modern.az

Bakı-Quba yolunda ağır QƏZA: ər-arvad ölüb

Bakı-Quba yolunda ağır QƏZA: ər-arvad ölüb

Aktual

20 Noyabr 2017, 10:38

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 101-ci km-də Bakı şəhər sakini, 59 yaşlı Hamlet İlyasovun idarə etdiyi “Mercedes” markalı maşın işıq dirəyinə çırpılıb.

 

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Sürücünün həyat yoldaşı, 56 yaşlı Məlahət İlyasova Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı