13-18 noyabr tarixlərində “Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Canım Vətənim Azərbaycanım ” adlı layihəsi çərçivəsində , gənclərə vətənpərvərlik hisslərin aşılanması mövzusunda Quba Soyqırımı Memorial Kompleksinə məktəblilərin ekskursiyaları təşkil edib.
Modern.az xəbər verir ki, layihənin əsas məqsədi gənclərlə millətin vətənpərvərliyindən onun tamlığından, bütövlüyündən, xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsindən, tanınmasından, hörmətlə qarşılanmasından, dövlətin bütövlüyü, suverenliyi mövzularında təbliğat işlərin aparılmasından ibarət olub. Təşkilatın rəhbəri Yusif Şıxlarovun verdiyi məlumata görə, ekskursiyalar Quba rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə, şəhərin 2,4,6,7 saylı orta məktəblərinin şagirdlərinin iştirakı ilə baş tutub.