Modern.az

Regional Su Meliorasiya Xidmətinin nizamnamə fondu 6 milyar olacaq

Regional Su Meliorasiya Xidmətinin nizamnamə fondu 6 milyar olacaq

Aktual

29 Aprel 2024, 17:26

Regional Su Meliorasiya Xidmətinin nizamnamə fondu 5 826 007 294 manat olacaq.

Modern.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş su təchizatı və tullantı sularının axıdılması, suvarma suyunun verilməsi ilə bağlı xidmətlərinin tarifləri istisna olmaqla, Xidmətin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyil.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi