Modern.az

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri işdən çıxdı

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri işdən çıxdı

17 Aprel 2018, 16:30

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib. 

Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report"a faktı təsdiqləyərək bildirib ki, Liya Bayramova səhhəti ilə əlaqədar öz xahişi ilə işdən çıxıb.

Hazırda onu S.Əhmədova əvəz edir.

Liya Bayramova isə "Report"a açıqlamasında tutduğu vəzifədən getməsinin elmi fəaliyyətlə məşğul olmaq niyyəti ilə bağlı olduğunu deyib.

Qeyd edək ki, L.Bayramova 2015-ci ildən həmin vəzifədə çalışırdı. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı