Modern.az

Odlar Yurdu Universitetindən dikdaban qadağasına REAKSİYA

Odlar Yurdu Universitetindən dikdaban qadağasına REAKSİYA

19 Oktyabr 2018, 17:42

Yerli mətbuatda Azərbaycanın Odlar Yurdu Universitetində qəribə qadağanın qüvvəyə mindiyi barədə məlumatlar yayılıb.

Yazılanlara əsasən, universitet rəhbərliyinin göstərişi ilə qüvvəyə minən qadağaya görə ali təhsil müəssisəsində xanım tələbələrə dikdaban ayaqqabı geyinmək yasaqlanıb.

Bununla əlaqədar, "Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır” – deyə, universitet binasının foyesində məlumat da yerləşdirilib. Bu qadağa isə xanım tələbələrin etirazına səbəb olub.

Modern.az xəbər verir ki, məsələ ilə bağlı AzEdu.az Odlar Yurdu Universiteti ilə əlaqə yaradıb. Univerisitetin mətbuat katibi  Günay İmanova bildirib ki, burda hər hansı qadağadan söhbət gedə bilməz:

“Biz tələbələrə qadağa qoymamışıq. Sadəcə,  dikdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər avtomatik  dərs prosesini pozur. Bu mənada, tələbələrə məlumat verilib.  Məncə, tələbələr buna etiraz etməməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı