Modern.az

Hacıqabulda iki yük maşını toqquşdu

Hacıqabulda iki yük maşını toqquşdu

16 Sentyabr 2019, 00:30

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda, Hacıqabulun Padar kəndinin ərazisində qeydə alınıb.

Hadisə zamanı iki "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Yol qəzasının təfərrüatlarını Baş DYP İdarəsinin istintaqçıları araşdırır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı