Modern.az

Biləsuvarda ayaqqabıdan yarım kiloqram heroin tapıldı

Biləsuvarda ayaqqabıdan yarım kiloqram heroin tapıldı

Aktual

9 Oktyabr 2019, 19:41

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonu gömrük məntəqəsində Azərbaycan vətəndaşının üzərində 0,5 kq heroin aşkarlanıb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Biləsuvar rayonu qubernatoru Həsən Qubadi deyib.

H.Qubadinin sözlərinə görə, bu şəxs heroini ayaqqabısında yerləşdiribmiş.

 

Qubernator narkotikin it tərəfindən aşkarlandığını deyib.

Qubadi əlavə edib ki, yayın əvvəllərindən bu it vasitəsi ilə Biləsuvar gömrüyündə bir neçə narkotik maddə aşkarlanıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı