Modern.az

“Azərsu”dan abonentlərə ŞAD XƏBƏR

“Azərsu”dan abonentlərə ŞAD XƏBƏR

25 Oktyabr 2019, 17:55

“Azərsu” abonentlər üçün yeni mobil tətbiq istifadəyə hazırlayıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat katibi Anar Cəbrayıllı paylaşıb. O qeyd edib ki, yeni mobil xidmət vasitəsilə yeniliklər, qəzalar, fasilələr və digər məlumatlar haqqında rahatlıqla məlumat əldə etmək mümkün olacaq. Bütün bu məlumatlar SMS vasitəsilə abonentlərin telefonuna göndəriləcək.

Qeyd edək ki, xidmətdən yararlanmaq üçün abonent kodu, mənzil sahibinin şəxsiyyət vəsiqəsinin FİN kodu və mobil telefon nömrəsini SMS, “Whatsapp”, yaxud “E-mail” vasitəsilə “Azərsu”ya təqdim etmək gərəklidir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı