Modern.az

Özbəkistanın yeni hökuməti təsdiqləndi

Özbəkistanın yeni hökuməti təsdiqləndi

Aktual

25 Yanvar 2020, 14:24

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Özbəkistan Respublikasının hökumət üzvlərinin təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

 

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Abdulla Aripov ölkənin Baş Naziri təsdiq edilib.

Bildirilir ki, Açilbay Ramatov Baş Nazirin birinci müavini, Camşid Kuçkarov Baş Nazirin müavini, maliyyə naziri, Əziz Abduxakimov Baş Nazirin müavini, Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədri, Elmira Basitxanova Baş Nazirin müavini, Qadınlar Komitəsinin sədri təyin olunublar.

 

Əsas nazirliklərin isə rəhbərlərinin dəyişmədiyi bildirilir. Belə ki, XİN-nə Əbdüləziz Kamilov, Müdafiə Nazirliyinə Bahodır Qurbanov, DİN-nə isə Pulat Bobojonov rəhbərlik edəcəklər.

 

Virtualaz.org

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı