Modern.az

MSK katibi əsəbləşdi: “Bu Xalq Cəbhəsinin iclası deyil”

MSK katibi əsəbləşdi: “Bu Xalq Cəbhəsinin iclası deyil”

18 Fevral 2020, 17:40

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında şikayətçi və komissiya üzvləri arasında kiçik gərginlik yaşanıb.

 

Modern.az xəbər verir ki, MSK üzvü İlkin Şahbazov 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər Cəfərli Fikrət və digərlərinin müraciətinə baxılması haqqında məlumatı təqdim edərkən Komissiya katibi Mikayıl Rəhimov İ. Şahbazova sual ünvanlayıb.

 

Adıçəkilən dairədə işıqların sönməsi haqqında fikirlərə toxunan Mikayıl Rəhimov “Şikayət işıqlar sönən dairə haqqındadır” deyib.

 

MSK katibinin bu sualını iclasda iştirak edən həmin dairədən deputatlığa namizəd F.Cəfərli cavablandırıb. M.Rəhimov isə namizədin bu addımını düzgün hesab etməyərək “mən sualı sizə vermədim, Komissiya üzvünə verdim" - deyə münasibət bildirib. Fikrət Cəfərli iradı diqqətə almadan danışmağa davam etdikdə M. Rəhimov “bura Xalq Cəbhəsinin iclası deyil, MSK-dır ” - deyə, əlavə edib.

 

MSK sədri Məzahir Pənahov "bura ciddi bir qurumdur" deyə əlavə edərək, şikayətçi namizədə söz veriləcəyini diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı