Modern.az

Koronavirusa yoluxmada ən böyük təhlükə ofislərdir - TƏBİB sədri

Koronavirusa yoluxmada ən böyük təhlükə ofislərdir - TƏBİB sədri

15 May 2020, 17:39

Koronavirusa yoluxmada ən böyük təhlükə biznes mərkəzləri və ofislərdir. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, hüquqi şəxslər məsuliyyət daşıyırlar:

"Burada böyük liftlərin fəaliyyətinə diqqət edilməlidir. 10-dan çox insanın bir yerdə toplaşmasına icazə verilməsin".

Onun sözlərinə görə, son günlər "Bakı Tikiş Evi"ndə 64 nəfər, "Baku Steel Company"də 48 yeni yoluxma faktı qeydə alınıb. Buna səbəb qaydalara riayət edilməməsidir".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı