Modern.az

429 məhkum ev dustaqlığına buraxılıb

429 məhkum ev dustaqlığına buraxılıb

Aktual

10 İyul 2020, 20:45

"Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun şəffaf tətbiqi məqsədilə yaradılmış nazirliyin xüsusi Komissiyası pandemiya dövründə fəaliyyətini gücləndirmiş rejimdə davam etdirib. 1 000 nəfərədək məhkum məhkəmələr tərəfindən vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb".


Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər:

"Virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkum isə dövlət başçısının humanist siyasətinin növbəti təzahürü olan əfv Sərəncamı ilə azadlığa buraxılıb.

Hazırda vəziyyət tam nəzarətdədir və narahatlığa əsas yoxdur. Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir".

Həmçinin, qeyd olunub ki, Ədliyyə nazirinin Əmri ilə təsdiq olunan COVİD-19 infeksiyasının qarşısının alınması üzrə sanitariya – epidemioloji Qaydalarına dönmədən əməl olunmasına ciddi nəzarət olunur, həmin Qaydalarının tələblərini pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü