Modern.az

“Polis” qəzeti fəaliyyətini dayandırdı

“Polis” qəzeti fəaliyyətini dayandırdı

Aktual

26 Noyabr 2020, 16:50

Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 1993-cü ildə təsis edilmiş “Polis” qəzeti fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, qəzet beş minə yaxın nüsxə ilə həftədə bir dəfə (cümə günü) Azərbaycan dilində nəşr olunurdu.

 

Bakı Şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin ideyaları Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə təsis edilmiş “Mübariz keşikdə” qəzetində davam etdiriləcək.

 

Belə ki, adıçəkilən qəzet polisin fəaliyyət prinsiplərini (insan və vətəndaş hüquqlarına, azadlıqlarına hörmət, qanunçuluq, humanistlik) və istiqamətlərini (ictimai qaydaların qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin, digər hüquqpozmaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi) əsas götürərək, polislə vətəndaşlar arasında şəffaf əlaqələrin yaradılmasına xidmət edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı