Modern.az

“Real Madrid” finala YÜKSƏLDİ

 “Real Madrid” finala YÜKSƏLDİ

İdman

9 May 2024, 07:38

UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olub.

 

Modern.az xəbər verir ki, yarımfinal mərhələsinin digər cavab oyununda Almaniya “Bavariya”sı İspaniyada “Real Madrid”lə qarşılaşıb. Görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda hesabı 68-ci dəqiqədə qonaqların heyətinə Alfonso Deyvis açıb. Lakin Madrid təmsilçisi 88-ci və 90+1-ci dəqiqədə Xoselunun vurduğu qollarla geri dönüş edərək qalib gəlib.

 

İlk görüşdə məhsuldar heç-heçə (2:2) qeydə alındığı üçün Karlo Ançelottinin komandası adını finala yazdırıb.

 

Qeyd edək ki, "Real Madrid"in finaldakı rəqibi Almaniyanın “Borussiya Dortmund” komandası olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rəisinin öldüyü qəzada daha 8 nəfər həlak olub