Modern.az

Türkiyə XİN-ə yeni sözçü təyin edildi

Türkiyə XİN-ə yeni sözçü təyin edildi

20 Aprel 2021, 16:21

Türkiyənin Xarici İşlər Nazirliyində yeni kadr təyinatı olub.

 

Modern.az xəbər verir ki, diplomat Tanju Bilgiç qardaş ölkənin XİN-in İnformasiya idarəsinin müdiri - Nazirliyin sözçüsü vəzifəsinə təyin edilib.

 

O, bu gündən fəaliyyətə başlayıb.

 

T.Bilginçdən əvvəl Türkiyə XİN-in sözçüsü Hami Aksoy olub.

 

Qeyd edək ki, T.Bilgiç Ankara Universitetinin Siyasi elmlər fakültəsini bitirib. 1995-ci ildə Türkiyə XİN-də işə başlayıb.

 

Nazirlikdə bir çox fərqli vəzifələrdə çalışıb. 2014-2016-cı illərdə XİN-in İnformasiya idarəsinin müdir müavini - Nazirliyin sözçüsü olub.

 

2016-2021-ci illərdə Türkiyənin Serbiyadakı səfiri işləyib. Bundan başqa, Türkiyənin Bosniya və Herseqovina, Danimarka, Fransa və Rusiyadakı diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı