Modern.az

Deputat seçiciləri Milli Məclisdə qəbul edib

Deputat seçiciləri Milli Məclisdə qəbul edib

Aktual

19 Dekabr 2012, 18:22

Səbail rayonu 29 saylı Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Fuad Muradov parlamentdə seçiciləri ilə görüşüb. 15 nəfər seçicini qəbul edən millət vəkili onların problemlərini dinləyib. Deputata ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə və sair problemlər üstünlük təşkil edib.

Seçicilərinin problemlərini  və təkliflərini  dinləyən deputat bir sıra məsələləri yerindəcə həll edib. Müraciət etmiş digər seçicilərdən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. F. Muradov seçicilərin ona ünvanladığı bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı