Modern.az

İstanbulda \"Şuşa ili\"nə həsr olunan tədbir - FOTOLAR

İstanbulda \

8 Yanvar 2022, 15:02

Bu gün Türkiyənin İstanbul Kent Universitetində "Tarix boyu Türkiyə-Azərbaycan münasibətləri" mövzusunda tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Türkiyənin elm adamları, rektorlar, professorlar, Azərbaycandan olan millət vəkilləri və ölkəmizin İstanbuldakı konsulluğu iştirak edib.


Tədbirin keçirilməsinin əsas məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi ilə bağlıdır.

Müzakirələr zamanı Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq müqavilələri, ​İkinci Qarabağ müharibəsi dövründə pilotsuz uçuş aparatlarının rolu, eləcə də Qarabağ müharibəsinin siyasi və iqtisadi nəticələri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycanın 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatındakı rolu, eləcə də ölkəmizin beynəlxalq miqyasda atdığı mühüm addımlardan bəhs olunub.

Tədbirdə çıxış edən İstanbul Kent Universitetinin rektoru, professor Necmettin Atsü iki ölkənin təhsil sahəsindəki əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Necmettin Atsü Azərbaycan Prezidentinin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsinin tarixi əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbirin sonunda universitetin kitabxanasında yaradılan "Azərbaycan guşəsi"nin açılışı və Milli Məclisin deputatı Məlahət İbrahimqızının “Şuşa - Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimatı keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinlə Paşinyan razılaşdı: rus sərhədçilər Ermənistanı tərk edir