Modern.az

Məktəblərdə karantin müddəti AZALDILDI

Məktəblərdə karantin müddəti AZALDILDI

Aktual

24 Yanvar 2022, 11:37

Nazirlər Kabinetinin qərarına əsasən təhsil müəssisələrində karantin müddəti 7 günə endirilib.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib.

 

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı hər bir dövlət qurumuna şamil edilir:

 

“Ölkədə karantin müddətinin 7 günə endirilməsi bütün dövlət qurumlarına aiddir. Nazirlər Kabinetinin qərarında göstərilib ki, ölkə üzrə karantin müddəti 7 günə endirilib. Bu qərar məktəblərə də şamil edilir”.

 

Xatırladaq ki, beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinlə Paşinyan razılaşdı: rus sərhədçilər Ermənistanı tərk edir