Modern.az

Şəhid Amal Qarayev anıldı - VİDEO

Şəhid Amal Qarayev anıldı - VİDEO

24 Yanvar 2022, 14:44

Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Amal Qarayevdir.

 

Ötən gün İkinci Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olan Amal Ədalət oğlu Qarayevin doğum günü idi. Yaşasaydı, 21 yaşını doğmaları və yaxınları ilə birlikdə qeyd edəcəkdi.

 

Doğum gününü cənnətdə qeyd edən şəhidin xatirəsi məzarı yanında anılaraq, keçdiyi döyüş yolundan danışılıb.

 

 

Qeyd edək ki, Amal Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Amal Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

 

Cəsur əsgər Amal Qarayev oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəhid olan Amal Yardımlı rayonunda dəfn olunub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən A.Qarayev Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", Cəbrayıl, Füzuli və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putinlə Paşinyan razılaşdı: rus sərhədçilər Ermənistanı tərk edir