Bu gün Rusiya ordusu Xarkov şəhərini “Qrad MLRS” silahından kütləvi şəkildə atəşə tutub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.
O hücum nəticəsində xeyli insanın həlak olduğunu deyib: “Atəş nəticəsində onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb”.
Ölənlərin sayı hələlik dəqiqləşdirilməyib. Hazırda atışma davam edir.