Modern.az

“Azərbaycanlıları Krıma aparmaq istəyirlər” - Ukraynalı nazir

“Azərbaycanlıları Krıma aparmaq istəyirlər” - Ukraynalı nazir

Aktual

26 Mart 2022, 15:05

“Xerson şəhərindəki Rusiya hərbçiləri azərbaycanlılar, ermənilər və mesxeti türklərinin deportasiyasına hazırlaşırlar. Onları Krıma aparmaq istəyirlər”.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, ölkənin reinteqrasiya naziri İrina Vereşuk bildirib.

 

“Əldə olunan məlumata görə, işğalçılar nümayiş xarakterli aksiya planlaşdırıblar. Xersondan Ukraynanın işğal olunmuş Krım bölgəsinə etnik azərbaycanlı, erməni və mesxeti türklərini məcburi şəkildə deportasiya etməyə hazırlaşırlar”, - deyə nazir vurğulayıb.

 

İrina Vereşuk diqqətə çatdırıb ki, Rusiyanın bu addımı cinayət xarakteri daşıyır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı