Modern.az

Polisin şöbədə arvadını öldürməsinin görüntüləri - VİDEO

Polisin şöbədə arvadını öldürməsinin görüntüləri - VİDEO

Aktual

12 Aprel 2022, 21:14

Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində serjant İsmayıl Məmmədovun həyat yoldaşı Xanım Məmmədovanı öldürməsi ilə bağlı görüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, qətlin törədildiyi anlar təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

 

Qeyd edək ki, Polis Şöbəsində həyat yoldaşı Xanım Məmmədovanı öldürən keçmiş polis əməkdaşı İsmayıl Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hadisənin görüntüləri təqdim edirik:

 

 

Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.


Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı