Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Bakıda ticarət mərkəzlərindən birində fanatları ilə görüşü zamanı xoşagəlməz hadisə baş verib. Belə ki, səhnədə yer alan şəxslərdən biri fanatları qayışla vurub.
Modern.az xəbər verir ki, Hüseyn müzakirələrə səbəb olan görüntülərə münasibət bildirib.
O, həmin şəxsin mühafizəçisi olmadığını deyib. Hüseyn fanatları qayışla vuran şəxsin kimliyini araşdıracağını söyləyib.
Qeyd edək ki, bu gün məşhur bloger Hüseyn Həsənovun Bakıda izləyiciləri ilə görüşü izdihamla nəticələnib. Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, minlərlə insan blogeri görmək üçün mərkəzə axın edib.
İddialara əsasən, izdihamın səbəbi blogerin izləyicilərinə "Iphone" bağışlayacağını vəd etməsi olub.