Modern.az

Azərbaycanda 5 minə yaxın Türkiyə şirkəti çalışır

Azərbaycanda 5 minə yaxın Türkiyə şirkəti çalışır

3 Oktyabr 2022, 11:08

Hazırda Türkiyə şirkətləri ilə Azərbaycanda yeni layihələrin icrası üzrə işlər davam edir. İqtisadiyyat Nazirliyi Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 5000-ə yaxın Türkiyə şirkətlərinin rahat biznes fəaliyyəti ilə məşğul olması üçün zəruri dəstək göstərir.

 

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimində deyib. 

 

Nazir müavininin sözlərinə görə, Azərbaycanda qeyri-neft sektoruna investisiya yatırımı edən ölkələr arasında Türkiyə ilk sıradadır: "Hazırda Türkiyə şirkətləri ilə Azərbaycanda yeni layihələrin icrası üzrə işlər davam edir. Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır".

 

E.Əliyev qeyd edib ki, Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən işlərə böyük maraq göstərir: "Bu bölgənin yenidən dirçəldilməsi istiqamətində ərazilərdə yeni infrastruktur layihələrinin reallaşdırılmasında maraqlıdırlar".

Twitter
Sizə yeni tvit var
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?