Modern.az

“Qoru” Gənclər Təşəbbüs qrupunun təqdimatı olub - FOTO

“Qoru” Gənclər Təşəbbüs qrupunun təqdimatı olub - FOTO

Aktual

6 Fevral 2023, 12:13

3 fevral 2023-cü il tarixində #AzərbaycanGəncləriGünü münasibəti ilə İçərişəhər və Qala Qoruqlarının ərazisində yaşayan sakinlərin layihəsi olan “Qoru” Gənclər Təşəbbüs qrupunun təqdimat mərasimi keçirilib.

 

Modern.az-ın məlumatına görə, mərasimdə çıxış edən “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin deputatı Nigar Arpadarai, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru, İçərişəhər Ağsaqqallar Şurasının üzvü Səadət Qəndilova gənclərə uğurlar arzulayıblar.

 

İçərişəhər və Qala Qoruqlarının ərazilərində yaşayan gənclərdən ibarət olan “Qoru” Gənclər Təşəbbüs qrupunun, adından da bəlli olduğu kimi, əsas məqsədi tariximizin yadigarı olan Qoruqların qorunmasına yönəlmişdir. Qrupun əsas fəaliyyət istiqamətlərinə, əhali arasında könüllü fəaliyyətinin aşılanması, qonşuluq ənənələrinin möhkəmlənməsi, qoruqların fəaliyyətində sakinlərin iştirakının təmin edilməsi, sakinlərdə qoruqlara və Qoruq İdarəsinə loyallığın artırılması, İcmanın inkişaf etdirilməsi (bilik, savadlılıq, sosial bacarıqlar, dünyagörüşü), qoruğun qorunmasında maraqlı tərəflərin birgə fəaliyyətinin təşkil edilməsi kimi istiqamətlər daxildir. 

 

Təqdimatın sonunda “Qoru” Gənclər Təşəbbüs qrupunun fəaliyyətinə həsr edilmiş kiçik videoçarx nümayiş olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü