Modern.az

AZAL daha bir ölkəyə birbaşa uçuşa başlayır 

AZAL daha bir ölkəyə birbaşa uçuşa başlayır 

17 Mart 2023, 20:28

İyun ayından etibarən Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Bəhreynə müntəzəm reyslər həyata keçirəcək.

 

AZAL-dan Modern.az-a bildirilib ki, aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də həyata keçiriləcək. İlkin olaraq, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcək. İyul ayından etibarən isə daha bir tezlik, bazar günləri əlavə olunacaq.

 

Bəhreyn ağ çimərlikləri, tarixi və bir çox turistik yerləri ilə tanınan Fars körfəzində yerləşən bir ada ölkəsidir.

 

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok