Modern.az

Şəkidə narkotik əməliyyatı - Tutulanlar var 

Şəkidə narkotik əməliyyatı - Tutulanlar var 

Aktual

18 Mart 2023, 09:43

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, keçirilən əməliyyatlar zamanı Şəki şəhər sakinləri - əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Sadiq Sadıqov və Məmmədseyid Ağababayev saxlanılıb.

 

Şəxsi axtarış zamanı M.Ağababayevdən 260 qram marixuana, S.Sadıqovdan isə heroin aşkar edilərək götürülüb.

 

Davam etdirilən tədbirlərlə S.Sadıqovun yaşadığı ünvana yaxın ərazidə narkotik vasitə gizlətdiyi də müəyyən olunub. Həmin yerə baxış keçirilərkən oradan 400 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı