Modern.az

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir 

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir 

Aktual

18 Mart 2023, 12:02

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvəti ilə 19-24 mart tarixlərində bu ölkədə rəsmi səfərdə olacaq.

 

Bu barədə Modern.az-a QMİ-dən məlumat verilib.

 

Bildirilib ki, səfər çərçivəsində QMİ sədri A.Paşazadə səudiyyəli nazir Şeyx Əbdüllətif Al Əş-Şeyx ilə görüşəcək, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqdır.

 

Səfər müddətində A.Paşazadənin İslam Aləmi Liqası təşkilatının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Hissein Brahim Taha, Səudiyyə Krallığının rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı