Modern.az

Azərbaycandan Ukraynaya növbəti YARDIM - FOTOLAR

Azərbaycandan Ukraynaya növbəti YARDIM - FOTOLAR

Aktual

20 Mart 2023, 18:13

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım paketi çatdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün "Facebook" səhifəsində məlumat yayıb.

 

Səfirin sözlərinə görə, dərman və tibbi ləvazimatlardan ibarət olan 13 ton humanitar yardımın ümumi dəyəri 350 min dollardır.

 

"Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası - ümumi dəyəri 360 min ABŞ dollar olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir.

 

Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə görə ürəkdən minnətdarıq", - səfir yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır