Modern.az

Sülh müqaviləsinin imzalanmasına hazırıq - Prezident 

Sülh müqaviləsinin imzalanmasına hazırıq - Prezident 

Aktual

21 Mart 2023, 18:49

Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

 

Belə ki, Azərbaycan son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.

 

Dövlət başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir