Modern.az

İlham Əliyev: Ermənistan vəziyyəti gərginləşdirir

İlham Əliyev: Ermənistan vəziyyəti gərginləşdirir

21 Mart 2023, 18:50

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenlə telefon danışığında son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 

Prezident İlham Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti bu xüsusda 2023-cü il martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü - martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi