Modern.az

Koronavirusa yoluxan və ölənlərin sayı AZALIR

Koronavirusa yoluxan və ölənlərin sayı AZALIR

23 Mart 2023, 09:10

2023-cü ilin fevral ayının 20-dən martın 19-dək dünyada 3,7 milyondan çox insan koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında qeyd olunub.

 

Hesabata görə, koronavirusa yoluxan 26 147 xəstə vəfat edib. Əvvəlki 28 günlük hesabat dövrü ilə müqayisədə ölənlərin sayı 46%, yoluxanların sayı 31% azalıb.

 

Bildirilir ki, qeyd olunan dörd həftə ərzində ən çox yoluxma ABŞ-da (792 202 nəfər), Rusiyada (339 564), Çində (320 029), Yaponiyada (291 672) və Almaniyada (281 468) aşkar edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir