Modern.az

Oqtay Əliyevin dəfn yeri dəyişdi - YENİLƏNİB 

Oqtay Əliyevin dəfn yeri dəyişdi - YENİLƏNİB 

23 Mart 2023, 12:10

Ailəsinin müraciəti əsasında əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

 

"Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfni ilə bağlı bildiririk ki, ailəsinin müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib" - məlumatda bildirilib.

 

***

10:44

Əməkdar mədəniyyət işçisi, "SOY Production"un baş direktoru, prodüser Oqtay Əliyevin dəfn yeri dəyişib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

 

Xatırladaq ki, dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.

 

Qeyd edək ki, hadisə Saray qəsəbəsi ərazisində 2-ci Kənar Dairəvi Yolun başlanğıcında baş verib. O.Əliyev, həyat yoldaşı Dilarə Əliyeva və Mehriban Zəkinin olduğu avtomobil aşıb. O.Əliyev hadisə yerində dünyasını dəyişib, D.Əliyeva və M.Zəki xəstəxanaya yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI