Manaf Ağayev həbs edilən oğlundan danışdı - “Bir səhv idi etmişdi”

Manaf Ağayev həbs edilən oğlundan danışdı - “Bir səhv idi etmişdi”

23 Mart 2023, 12:54

Tanınmış müğənni Manaf Ağayev bir neçə gün bundan öncə azadlığa buraxılan oğlundan danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə Oxu.az-a danışan sənətçi oğlu Müşfiq Ağayevin səhv etdiyini bildirib:

 

“Bir səhv idi etmişdi, onun da cəzasını çəkdi. Başqa problem yoxdur. Artıq evdədir”.

 

Xatırladaq ki, Manaf Ağayevin oğlu Müşfiq Ağayev mart ayının 13-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb və Səbail rayon məhkəməsinin qərarı ilə Müşfiq Ağayev 5 sutka həbs edilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur