Modern.az

Evdən 10 min dollar, 12 min manatlıq qızıl oğurlandı

Evdən 10 min dollar, 12 min manatlıq qızıl oğurlandı

24 Mart 2023, 10:35

Sabirabadda bir ay əvvəl evdən oğurluq edən şəxs tutulub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılan “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib. M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib.

 

Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir