Modern.az

“Togg”un sifarişləri 100 mini ötüb

“Togg”un sifarişləri 100 mini ötüb

24 Mart 2023, 16:20

Bir həftə ərzində Türkiyənin yerli “Togg” elektromobili üçün öncədən sifarişlərin sayı 100 mini ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Avtomobil Təşəbbüs Qrupu məlumat yayıb.

 

Bildirilirki, ilkin sifarişdə iştirak üçün son tarix martın 27-si olsa da, maşın sahibləri martın 28-i müəyyən ediləcək.

 

Elektromobilin ön sifarişləri 16-27 mart tarixlərində həyata keçirilir. Şirkət martın 16-da 4 saata 7 734, 24 saata 22 150 avtomobil sifarişi qəbul edib. 

 

Xatırladaq ki, 2022-ci ilin oktyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın test sürüşü edib. R.T.Ərdoğadan sonra avtomobil üçün ön sifariş verən ilk şəxs Azərbaycan Prezidenti İlham Əliyevdir. Ölkə başçısı 2 “Togg” avtomobili sifariş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi