Modern.az

İrandan təhdid - Naxçıvan ordusu hazır vəziyyətə gətirildi

İrandan təhdid - Naxçıvan ordusu hazır vəziyyətə gətirildi

25 Mart 2023, 15:35

İran Naxçıvanla sərhəddə hərbi təlimlər keçirməyə hazırlaşır. Bu məqsədlə 300-dən çox hərbi texnikanın və canlı qüvvənin Poldəşt şəhərinə gətirildiyi bildirilir.

 

İranın məhz Naxçıvanla sərhədə qoşun yetirməsi geniş müzakirələrə səbəb olub. Maraqlıdır, qonşu ölkə bu təlimlərlə Azərbaycana hansı mesajı verməyə çalışır? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, İran Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəni həzm edə bilmir:

 

"Son zamanlar İran-Azərbaycan münasibətləri dostluq əlaqələrindən uzaqlaşmaqdadır. Azərbaycan Ordusunun 44 günlük qələbəsini həzm etməyən ölkələrdən biri də məhz İrandır. Azərbaycanın qələbəsindən dərhal sonra  İran sərhəddə gərginlik törətməyə başlayıb. Onlar hərbi təlim adı altında bölgədə gərginlik yaradırlar. Təlimin keçirilməsini hər bir dövlətin daxili işi kimi dəyərləndirmək olar. Azərbaycandan İrana heç bir təhlükənin olmayacağını nəzərə almalıdırlar. İranla Azərbaycan əhalisinin isti əlaqələri var. Belə olan halda Azərbaycan sərhədlərində təlimlərin keçirilməsi İslam dəyərlərinə vəhşicəsinə hücum edən, məscidləri dağıdan, ibadət ocaqlarını donuzxanaya çevirən Ermənistana dəstəyin bariz nümunəsidir".

 

 

Ekspert hesab edir ki, İran təxribatçı addımlarla kimin yanında olduğunu və Azərbaycana təzyiq göstərməyi hədəflədiyini nümayiş etdirir:

 

"İran digər tərəfdən Ermənistanla sərhədlərin toxunulmazlığı, hətta Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə təsir edəcəyi ilə bağlı Bakıya mesajlar verir. Azərbaycan ərazisinə qanunsuz olaraq İran xüsusi dövlət orqanlarının nümayəndələrinin gəlişi, orada separatçılara təlimlərin keçirilməsi Tehranın ölkəmizə qarşı mövqeyini açıq şəkildə göstərir".

 

Ehtiyatda olan polkovnik qeyd edib ki, Naxçıvanla sərhəddə keçirilən təlimlər Azərbaycana təzyiq mesajıdır:

 

"Naxçıvanla sərhəddə təlimlər keçirməyə hazırlaşırlar. Bir yandan bunu İranın daxili işi kimi dəyərləndirmək olar. Onların daxili işinə qarışmırıq. Bundan öncə Naxçıvan istiqamətində təlimlərin keçirilmədiyini nəzərə alsaq, budəfəki təlimlərin aqressiv forma daşımasını İranın Azərbaycana və muxtar respublikaya qarşı təzyiqi kimi qəbul etmək olar. İndiyə kimi İranın keçirdiyi təlimlərdə iştirak edən texnika və hərbi avadanlığa nəzər salsaq, görərik ki, onların silah-sursatları, texnikaları köhnədir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Ordusunun özünümüdafiə sistemini daim nəzarətdə saxlayaraq, orada ən müasir silahlarla təmin olunmuş, yüksək peşəkarlıq göstərən heyətlə Əlahiddə Ümumqoşun Ordusunu yaradıb. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu istənilən təxribata cavab verməyə qadirdir. Ordu yüksək təlim keçmiş hərbçilərdən formalaşdırılıb. Naxçıvanda xidmət edən hərbçilər 44 günlük müharibədə böyük şücaət göstərdilər".

 

 

"Molla rejiminə xidmət edənlər arasında ermənipərəst adların olmas bu gün onların İran hakimiyyətinə təsirindən xəbər verir. Azərbaycan prosesləri təmkinlə izləyir. Vəziyyəti təhlil edərək, lazım olan addımları atır. Azərbaycan öz ərazi bütövlüyünü qorumağa qadirdir. Biz tək deyilik. Azərbaycanın yanında qardaş Türkiyə və ordusu var. Şuşa Bəyannaməsinə əsasən, Türkiyə ordusu hər an Azərbaycanı müdafiə edə bilər. Düşünürəm ki, bunu İran da anlayır. Belə olan halda İranın bugünkü addımları Azərbaycanı haqq işindən çəkindirməyə istiqamətlənib. Birdəfəlik anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir və öz maraqlarını tam şəkildə müdafiə etməyə hazırdır. Cənab İlham Əliyevin dediyi kimi, " Azərbaycan istər Ermənistan, istərsə də onun havadarlarından təhlükə hiss edərsə, adekvat cavab verəcək",- polkovnik İranın təxribatçı addımlarında ermənilərin də rolunun olduğunu əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu