Modern.az

ABŞ-ın İranı məhv etmək planı - Tezliklə müharibə olacaq

ABŞ-ın İranı məhv etmək planı - Tezliklə müharibə olacaq

25 Mart 2023, 19:49

İrana bağlı terrorçu qruplaşmaların Suriyanın şərqində yerləşən ABŞ hərbi bazasına hücumu cavabsız qalmayıb. Molla rejimini dəstəkləyən qüvvələrə qarşılıq olaraq ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları İranın Suriyada yerləşən hərbi bazalarına ağır zərbələr endirib.

 

Düşmən ölkələrin Suriyada bir-birilərinin mövqelərinə qarşılıqlı raket zərbələri vurması yeni müharibənin başlaması barədə iddiaları aktuallaşdırıb. Ehtimal olunur ki, Suriyada başlayan toqquşmalar ABŞ və İran arasında regionu qan gölünə çevirəcək hərbi qarşıdurmaya gətirib çıxaracaq.

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, hazırda bölgədə ciddi konflikt hökm sürür.

 

"Suriyada müharibə gedir. SEPAH-ın rəhbərliyi altında fəaliyyət göstərən milis qüvvələrinə, yaxud "Həşdi Şəbi" terrorçu qruplaşmalara ciddi zərbələr vurulub. Amerika hərbi bazasına hücumdan sonra ABŞ-ın Hərbi Hava Qüvvələri dronlar vasitəsi ilə SEPAH-ın mövqelərinə nöqtə zərbələri endirib. Söhbət yüzlərlə SEPAH tərəfdarının ölməsindən gedir. Görünən odur ki, ABŞ Suriya ərazisində İranın mövqelərinə sarsıdıcı zərbələr endirib. Ötən gün Suriyada baş verən hadisələrlə bağlı ABŞ Konqresində müzakirələr gedib. İranın regiondakı qonşularına qarşı destruktiv hərəkətləri pislənilib, İran daxilində baş verən olayların mənfi istiqamətdə getdiyi vurğulanıb. Bununla Amerikanın və onun müttəfiqlərinin strateji maraqlarına zidd amillər nəzərə alınaraq, İrana qarşı hərbi əməliyyatların bir növ siqnalı verilib. Amerika müdafiə naziri və Hərbi Qərargah rəisi birmənalı şəkildə qeyd edib ki, İrana qarşı hərbi əməliyyatlara start verməliyik. Bir neçə istiqamət var. Onlardan ən məqbul olanı seçilməlidir. Həm Konqresdə, həm də Amerikanın siyasi dairələrində bu proseslərə start verilib", - sabiq dövlət müşaviri vurğulayıb.

 

 

Politoloqun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahunun Böyük Britaniya səfəri zamanı İrana qarşı hərbi əməliyyatlar müzakirə edilib. Bütün bunlar səbəbsiz deyil və tezliklə İrana qarşı daha ağır cəza tədbirləri görüləcək.

 

"Böyük Britaniya İsrailin təklifi ilə tam razılaşdığını, İrana qarşı hərbi koalisiyaya qoşulmağa hazırlaşdığını bəyan edib. Proseslər göstərir ki, qısa zaman ərzində İrana qarşı hərbi əməliyyatlar başlayacaq. Bildiyimiz kimi, İran islam inqilabı modelini bütün Yaxın Şərqə yaymaq strategiyası ilə çıxış edib. Onların tör-töküntüləri İraqda, Suriyada, hətta Fələstində də var. Həmin bölgələrdə atışmalar gedir. İranın mövqeləri zəiflədilir. Əsas məsələ İranın nüvə arsenalının məhv edilməsi, molla rejiminin tarixin zibilliyinə göndərilməsidir. Artıq bununla bağlı düyməyə basılıb", - deyə Qabil Hüseynli qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir