Modern.az

Moldovada dil qalmaqalı: Bu işin başında ruslar dayanır - ÖZƏL

Moldovada dil qalmaqalı: Bu işin başında ruslar dayanır - ÖZƏL

Aktual

26 Mart 2023, 13:30

Moldova Prezidenti Maya Sandu ötən günlərdə dövlət dilinin Moldova dilindən rumın dilinə dəyişdirilməsi haqqında qanun layihəsini təsdiqləyib.
 

"Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin", - deyə Sandu bildirib.


 Bundan əvvəl parlamentin 101 deputatından 58-i qanun layihəsinin lehinə səs verib. Sözügedən qanun layihəsini parlamentdə 63 mandata malik Fəaliyyət və Həmrəylik Partiyası təklif edib.


 Kommunistlərin və sosialistlərin müxalifət bloku qanun layihəsinə qarşı çıxıb. Belə ki, sənəd birinci oxunuşda qəbul edilən zaman parlamentdə dava düşüb. 


Qeyd edək ki, qanun layihəsinə əsasən, “Moldova dili” sözləri “rumın dili” ilə əvəz edilib. Onu da bildirək ki, Moldovanın məktəb və universitetlərində rumın dili tədris edilir. Kiril əlifbasına əsaslanan Moldova dili isə yalnız rusların nəzarəti altında olan Dnestryanı bölgədə tədris olunur.

 

Moldovalı jurnalist Julia Semenov müzakirələrə səbəb olan qanunla bağlı Modern.az-a danışıb. O bildirib ki, dilin adının dəyişdirilməsinin heç bir mənası yoxdur.

 

“Bizdə rəsmi dil Rumın dilidir, parlament iki həftə əvvəl müzakirə edib və artıq qanunu təsdiqləyiblər. Əvvəl Moldova adı var idi, amma eyni dildir. Bəziləri belə qərarın verilməsinə qəzəblənirlər. Onların da başında ruslar dayanır. Çünki dilin adı məsələsini geosiyasətlə əlaqələndirirlər. Digər tərəfdən ölkədə olan ruspərəstlər bunun Moldova dövlətini məhv etmək məqsədi daşıdığını düşünürlər. Eyni zamanda bunu böyük bir iş kimi görməyən kütlə də var. Üçüncü tərəf isə qərarın verilməsinə sevinir”, - deyə jurnalist vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi