Modern.az

İsrail və ABŞ-dan Bakıya mühüm səfərlər, əsirlərdən xəbər gəldi - Modern.az-ın icmalı

İsrail və ABŞ-dan Bakıya mühüm səfərlər, əsirlərdən xəbər gəldi - Modern.az-ın icmalı

20 Aprel 2023, 09:34

Aprelin 20-si İsrailin xarici işlər nazirinin Azərbaycanda görüşlər keçirməsi, karantin rejiminin uzadılması, martın 12-də keçirilən buraxılış imtahanının nəticələrinin açıqlanması və digər mövzular gündəmdə olub.

 

Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:

 

Prezident İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edib. Görüşdə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, bərpaolunan enerji, investisiyalar, elm, təhsil, mədəniyyət, turizm, təhlükəsizlik sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb. Eli Kohen, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşüb.

 

Baş nazir Əli Əsədovun qərarı ilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb.

 

Azərbaycanda adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasında bildirilib. Qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.

 

19 aprel tarixində BQXK nümayəndələri bu yaxınlarda Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına İrəvanda baş çəkiblər. Onlarla təkbətək görüş keçirilib və ailələri ilə "Qızıl Xaç Məktubu" vasitəsilə əlaqə yaratmaq imkanı verilib. Ombudsman Səbinə Əliyeva isə Ermənistanda həbs edilmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə görüşüb.

 

Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ötən həftə Azərbaycana səfəri zamanı Ağdamda minatəmizləmə prosesini izləyib. Ağdamda minalardan təmizləmə sahəsində nəzarətli partlayış baş verib.

 

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Həmçinin, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionu Nuray Güngörə təbrik məktubu ünvanlayıb.

 

Martın 12-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. İmtahanlarda iştirakı nəzərdə tutulan 50 823 nəfərdən 485 nəfər imtahana gəlməyib. Bundan əlavə, imtahan qaydalarını pozduğu üçün 19 nəfərin nəticəsi ləğv olunub. İmtahanda 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil ediləcək. Prezident İlham Əliyev, həmçinin Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam imzalayıb.

 

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda 100-dən artıq müraciətə baxılıb. Məlumata görə, komissiyanın növbəti iclası aprelin 26-na təyin edilib. İndiyədək ümumilikdə 1600-dən çox müraciətə baxılıb.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki rus qəbiristanlığına baxış keçirilib.

 

ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson Azərbaycana səfər edib

 

Prezident İlham Əliyev aprelin 19-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib. Söhbət zamanı regional məsələlər, Azərbaycan ilə ABŞ arasında ikitərəfli siyasi əlaqələr, o cümlədən enerji, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməyib

 

ABŞ prezidenti Co Bayden və ölkənin birinci xanımı Cil Bayden 2022-ci il üzrə vergi bəyannamələrini açıqlayıb. Bayden ailəsinin illik gəliri 579,5 min dollar təşkil edib. Onlar bu vəsaitin 169,8 min dollarını vergi kimi ödəyib. Baydenin ailəsi üçün gəlir vergisi dərəcəsi 23,8% təşkil edib.

 

Qırğızıstan parlamentində latın əlifbasına keçid edilməsi təklif olunub. Təşəbbüs iki deputat tərəfindən irəli sürülüb. Deputatlar Emil Toktoşev və Kamilə Taliyeva bildiriblər ki, qırğız dilini qorumaq üçün latın əlifbasına keçid etmək lazımdır. “Kiril əlifbasında olan doğma qırğız sözlərimiz səhv yazılıb”, – Toktoşev deyib.

 

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya gəldiyini təsdiqləyib. "Bu gün gözəl Ukrayna səmamız daha təhlükəsiz olur, çünki "Patriot" hava hücumundan müdafiə sistemləri Ukraynaya gəlib. Bizim hava hücumundan müdafiə qüvvələrimiz onları mümkün qədər tez mənimsəyib", - deyə nazir bildirib. Ukrayna prezidenti Volodimir Zelenski Belarusla həmsərhəd olan Volın vilayətinə səfər edib.

 

ABŞ Ukrayna üçün yeni hərbi yardım paketini açıqlayıb. Hərbi yardım paketinin məbləği 325 milyon dollardır.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

İranın regional maraqları ictimai rəydə - SORĞU

İstintaqa 5-10 gün əvvəl ifadə vermişəm - Fazil Mustafa

Prezident MÜJDƏNİ VERDİ - Laçınlıların 30 il gözlədiyi XƏBƏR

İranla münasibətlərin normallaşmasında maraqlıyıq, ancaq... - Deputat

Əlimizdə 5 milyon maska qalıb, alan yoxdur - “Bakı Tekstil Fabriki”nin rəhbəri

DİM aktrisanın ittihamlarına CAVAB VERDİ

Rəisi İsraili hədələdi: Təl-Əviv və Hayfanı dağıdarıq!

Azərbaycan-İran barışığı: “Zəngəzur düyünü” açılır?

Kasıblar daha çox ağrı hiss edir - ARAŞDIRMA

Sərvər Əminə Ərdoğanın iftar süfrəsində - FOTOLAR

Əsir düşən əsgərlərin anaları: “Məktuba inanmırıq...”

Qarabağ erməniləri hansı variantı seçir: Vətəndaşlığı, yoxsa getməyi? - MÜSAHİBƏ

Kılıçdaroğlu Ərdoğana təzminat ödəyəcək - MƏHKƏMƏ

Müəllimlərimin yolu ilə gedirəm - Yüksək bal toplayan qız

Ən yüksək bal toplayan abituriyent: “Həmişə əlaçı olmuşam”

Bir səhvə görə 300 bal yığa bilmədi: “Şokdayam…”

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!