Modern.az

Bayden və xanımının bir illik gəliri AÇIQLANDI

Bayden və xanımının bir illik gəliri AÇIQLANDI

Dünya

19 Aprel 2023, 08:19

ABŞ prezidenti Co Bayden və ölkənin birinci xanımı Cil Bayden 2022-ci il üzrə vergi bəyannamələrini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Məlumata görə, Bayden ailəsinin illik gəliri 579,5 min dollar təşkil edib. Onlar bu vəsaitin 169,8 min dollarını vergi kimi ödəyib. Baydenin ailəsi üçün gəlir vergisi dərəcəsi 23,8% təşkil edib.

 

Bundan əvvəl Bayden 2021-ci ildə ailəsinin gəlirinin 610 min dollar olduğunu bildirmişdi.

 

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin ailəsi də vergi bəyannaməsini açıqlayıb. Sənədə əsasən, xanım Harris və onun həyat yoldaşı Duqlas Emhoffun illik gəliri təxminən 457 min dollar təşkil edib. Onlar bu vəsaitin 93,5 min dollardan çoxunu 20,5% dərəcəsi ilə gəlir vergisi kimi ödəyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ