Modern.az

Kasıblar daha çox ağrı hiss edir - ARAŞDIRMA

Kasıblar daha çox ağrı hiss edir - ARAŞDIRMA

19 Aprel 2023, 08:42

İnsanın gəliri nə qədər aşağı olarsa, fiziki ağrı hiss etmə ehtimalı bir o qədər yüksəkdir. 

 

Modern.az "ScienMag" nəşrinə istinadən xəbər verir ki, London şəhər Universitetinin sosioloqları 146 ölkədən 1,3 milyon insanın məlumatlarını təhlil edərək bu qənaətə gəliblər.

 

Araşdırmada iştirak edən şəxslər tədqiqat üçün aylıq gəlirlərini açıqlayıblar, sonra bu vəsait ailədəki insanların sayına bölünüb. İştirakçılardan sorğudan bir gün əvvəl fiziki ağrı hiss edib-etmədikləri soruşulub. Cavab variantları “bəli” və ya “xeyr” olub.

 

Məlum olub ki, aztəminatlı insanlar kasıb və ya varlı ölkədə yaşamasından asılı olmayaraq daha çox fiziki ağrı hiss edirlər. Bunun səbəbi mənfi emosiyalar ola bilər, insan öz sərvətini digərləri ilə müqayisə edir və nəticə etibarilə bədəninin hansısa hissəsində ağrı hiss edir.

 

Hiss edilən ağrı istirahət və məhsuldarlığa təsir edir, tibbi xərcləri və intihar riskini artırır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək